Magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı müəyyənləzib

img

11-01-2011 [10:49]


2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu 2011-ci il yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qeyd edək ki, qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq. Qəbulla bağlı elanın tam mətni ?Magistr? xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA