Telman ismayılovun "Praqa"sı bağlandı

img

11-01-2011 [05:23]


Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən, sovet dövrünün məşhur simvolu, o dövrün kübar insanlarının nüfuzlu istirahət yeri olan, azərbaycanlı iş adamı Telman İsmayılova məxsus "Praqa" restoranı bağlanıb. Rusiya mətbuatının yazdığına görə, restoran artıq sahibinə gəlir gətirmirmiş. Tanınmış italiyalı dizayner Roberto Kavalli Köhnə Arbat küçəsindəki binanı İsmayılovdan almağı və bu ilin yayında başqa adla restoran açmağı planlaşdırır. Restoran ?Just Cavalli? adlanacaq. Qeyd edək ki, 100 il öncə "Praqa" faytonçuların yeməkxanası olub. Tararkin adlı tacir onu alaraq restoran etməyi qərara alıb. 1917-ci ildə restoran bağlanaraq, yeməkxanaya çevrilib. Lakin illər sonra "Praqa" yenidən restorana çevrilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA