AiP sədrinə görə kütləvi həbslər bazlayıb; 20-yə yaxın zəxsin tutulduğu bildirilir

img

11-01-2011 [04:42]


Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədovun həbsindən sonra onun rəhbərlik etdiyi partiyada bəzi şəxslərlə yanaşı, qohumları da polis tərəfindən saxlanılıb. Bu istiqamətdə həbslərin davam etdiyi bildirilir. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, dünən axşamdan etibarən Gəncə şəhərində də 20-yə yaxın şəxs polis tərəfindən saxlanılıb. Həbslərin səbəbi hələlik məlum deyil. Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov deyib ki, mətbuat xidmətində belə bir məlumat yoxdur: ?Azərbaycanda heç bir dindar tutulmayıb?. Qeyd edək ki, bu gün AİP sədrinin qaynı Məmmədrzayev Firdovsinin də evindən silah tapılması barədə məlumat yayılıb. Qubadakı evində axtarış aparılarkən Mövsüm Səmədovun qohumu Məmmədrzayevə məxsus evdən 10 ədəd əl qumbarası, 40 ədəd güllə və 1 ədəd avtomat silahının darağı aşkarlanıb. Xatırladaq ki, Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar əsasında cari ilin yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyənət Səmədovun işlədiyi, Mövsum Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Həyata keçirilən əməliyyat tədbirləri ilə Mövsüm Səmədov Nərimanov rayonu ərazisində saxlanılıb. Onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs tədbiri tətbiq edilib Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA