Sabah həkimlərin növbəti imtahanıdır

img

11-01-2011 [01:15]


Səhiyyə işçilərinin sertifikasiyası məqsədilə ikinci imtahan yanvarın 12-də keçiriləcək. İmtahan anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə nazirliyin Tibbi Kitabxanasının binasında təşkil olunub. Sertifikasiya prosesi iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. İlk mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri müsahibəyə dəvət olunur. Üç saat davam edəcək imtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər müsahibəyə buraxılacaqlar. İlk imtahan yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. İmtahanda iştirak edən 23 həkimin 92%-i uğurlu nəticələr əldə edib. Növbəti imtahan yanvarın 19-da oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA