Azərbaycanda qarlı havalar bazlayır

img

10-01-2011 [04:54]


Bu həftənin ilk yarısı ölkə ərazisində buludlu, yağmurlu hava müşahiə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 6-8? isti, axşam 5?-dək isti olacaq. Yanvarın 11-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-7? isti olacaq. Yanvarın 11-dən 12-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 6-8? isti təşkil edəcək. Yanvarın 13-də də dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Günün əsasən yağmursuz keçəcəyi ehtimal edilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4? isti, gündüz 6-8? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında arabir intensivləşəcəyi, Lənkəran-Astara zonasında güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2? şaxtadan 3?-dək isti, gündüz 5-9? isti, dağlarda gecə 4-8? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti təşkil edəcək. Yanvarın 12-13-də dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. 12-də gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək, 13-də əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər Lənkəran-Astara zonasında yağıntılı olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 5-10? isti, dağlarda gecə 4-9? şaxta, gündüz 2? şaxtadan 3?-dək isti müşahidə olunacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, şimal-şərq küləyinin üstünlüyü ilə əlaqədar rütubətli və soyuq diskomfort şərait bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA