ADU-da hind mətbəxi açılacaq

img

10-01-2011 [01:40]


Yanvarın 11-də Azərbaycan Dillər Universitetində (ADU) 10 yanvar dünya hindistanlıları gününə həsr olunmuş tədbir keçiriləcəkr. Universitetin mətbuat xidmətindən MİA-ya bildirlib ki, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou da iştirak edəcək. Səfir ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşündən sonra ADU-nun İnformasiya Resurs Kompleksinin (İRK) Amerika mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin təşkil etdiyi Hind mədəniyyətinə həsr olunmuş tədbirə qatılacaq. Qısa film nümayişindən sonra ADU-nun tələbələrinin ifasında Hind dilində mahnılar səslənəcək, rəqslər ifa olunacaq. Sonda tədbir iştirakçıları hind mətbəxi ilə tanış olmaq imkanı da qazanacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA