islam Partiyasının sədr müavini də həbs olundu

img

10-01-2011 [01:31]


Yanvarın 9-da axşam saatlarında İslam Partiyasının sədr müavini, mətbuat katibi Akif Heydərli də polis tərəfindən saxlanılıb. Bu barədə MİA-ya İslam Partiyasının funksioneri Məşədi Natıq məlumat verilib. Məşədi Natıq bildirib ki, A.Heydərlinin həbsin səbəbləri məlum deyil. Onun harada saxlanıldığı da bilinmir. Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədri Mövsum Mərdan oğlu Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar əsasında cari il yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyənət Səmədovun işlədiyi, Mövsum Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı oradakı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və içərisində dini radiklazmi təbliğ edən məlumatların olduğu elektron daşıyıcılar aşkarlanaraq götürülüb. Həyata keçirilən əməliyyat tədbirləri ilə Mövsüm Səmədov Nərimanov rayonu ərazisində avtomobillə hərəkət edərkən saxlanılıb. Mövsüm Səmədov və avtomobildə olan sərnişinlər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər. Saxlanılaraq Nərimanov rayon polis idarəsinə gətirilən Mövsüm Səmədov, onunla birlikdə olan Vaqif Abdullayev, Elçin Həsənov və Hüseyn Kazımov barəsində rayon məhkəməsi tərəfindən inzibati həbs tənbeh tədbiri tətbiq edilib Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA