DiN islam Partiyasının sədrinin həbsinə dair məlumat yayıb

img

08-01-2011 [06:59]


Daxili İşlər Nazirliyi Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun həbsinə dair məlumat yayıb. DİN-nin yaydığı məlumatda bildirilir ki, rəsmi dövlət qeydiyyatı olmayan AİP-nin sədri Mövsüm Səmədovun Quba rayonunda yaşayan əmisi oğlu Dəyanət Səmədova iğtişaşlar törətmək, ictimai təhlükəsizliyi pozmaq, insanları cihada təhrik etmək barədə tapşırıqlar verməsi ilə bağlı Nazirliyə məlumat daxil olub. Bunun əsasında yanvarın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib. Dəyanət Səmədovun işlədiyi, Mərdan Səmədova məxsus elektrik malları mağazasına baxış zamanı seyfin altından 3 ədəd əl qumbarası, habelə yaşadığı evdən 7 ədəd avtomat patronu və dini radikalizmi təbliğ edən elektron daşıyıcılar aşkarlanıb. Dəyanət və Mərdan Səmədovlar şübhəli şəxs qismində saxlanılıb. DİN bəyan edir ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA