Ağdamın icra bazçısı rayonda ?fövqəladə vəziyyət? elan edib

img

07-01-2011 [02:43]


Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun oğlunun və kürəkəninin polis zabiti olan digər kürəkənlərini oğurlayaraq ölümcül döymələri barədə məlumat mətbuat səhifələrinə çıxandan sonra rayonda ajiotaj yaranıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən Ağdam sakinləri bildiriblər ki, hadisə barədə mətbuat yazan gündən icra başçısı rayonda qəzet satışına qadağa qoyub. Verilən məlumata görə, hazırda rayon ərazisində heç bir köşkdə məlum hadisədən yazan qəzetlər satışa çıxarılmır. Bu barədə maraqlananlar isə qəzeti Bərdə şəhərindən almaq məcburiyyətində qalıblar. Məlumata görə, icra başçısı qəzet satışı ilə yanaşı, oxumağı da qadağan edib. O, hüquq-mühafizə orqanlarına tapşırıq verib ki, əlində qəzet olan istənilən şəxsi hər hansı bir bəhanə ilə saxlasınlar. Bir sözlə, demək olar ki, rayonda mətbuatla bağlı ?fövqəladə vəziyyət? elan edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA