Həftəsonu ölkə ərazisində qar yağacaq

img

07-01-2011 [12:02]


Həftəsonu ölkə ərazisində buludlu və yağmurlu hava şəraiti müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcəyi, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6? isti, gündüz 7-9? isti olacaq. Yanvarın 9-da hava şəraiti tutqun olacaq. Arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-8? isti olacaq. Yanvarın 10-da da buludlu hava davam edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 5-7? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah hava yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 5-10? isti, dağlarda gecə 4-8? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti təşkil edəcək. Yanvarın 9-10-da da dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4? şaxta, gündüz 4-7? isti, dağlarda gecə 4-8? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA