170 kq yararsız ərzaq azkarlanıb

img

06-01-2011 [11:01]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 170 kiloqrama yaxın məhsullar satışdan çıxarılaraq məhv edilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, yağlar, ət məhsulları, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub: Bakının Nərimanov rayonunda H.Əliyev küçəsi, 95/2 ünvanında Məfkurə Əhmədovaya məxsus mağazada; Sabunçu rayonunda Sabunçu qəsəbəsi, Şəhər şosesində Məhərrəm Nəzir oğluna məxsus mağazada; Xətai rayonunda Y.Səfərov küçəsi, ev 8 ünvanında yerləşən ?Miri market?də; Zığ Şosesində Afət Babayevaya və Rəhman Fərəcova məxsus mağazalarda; Binəqədi rayonunda 9-cu mikrorayon, H.Babaşov küçəsi, 16 ünvanında yerləşən ?Ceyhun market?də; S.Məmmədova küçəsi, 207 ünvanındakı ?Raul market?də; Davudoğlu küçəsindəki ?Qardaşlar market?də; Nizami rayonunda Q.Qarayev prospekti, ev 94 ünvanında Müsafir Əliyevə məxsus mağazada və ?Dostluq market?də; Nəsimi rayonunda D.Əliyeva küçəsində yerləşən ?TSV market?də və Sədiqə Həsənovaya məxsus mağazada; A.Məhərrəmov küçəsi, 7 ünvanında Sadiq Həsənova məxsus mağazada; Yasamal rayonunda Z.Xəlilov küçəsi, 592, məhəllə 59 ünvanında yerləşən ?Əriməz market?də; Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA