Quz ovuna qoyulan qadağanın müddəti daha bir ay uzadılıb

img

06-01-2011 [01:50]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ölkə ərazisində quş ovuna qoyulan bir aylıq müvəqqəti qadağanın müddəti 1 yanvar 2011-ci il tarixdən etibarən daha bir ay uzadılıb. ETSN-nin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, 1 dekabr 2010-cu il tarixində qonşu ölkələrdə ?quş qripi? xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yarandığından ölkə ərazisində quş ovuna 1 aylıq müvəqqəti qadağa qoyulub. Qeyd edək ki, ötən müddət ərzində aidiyyəti qurumlar tərəfindən keçirilmiş monitorinqlər nəticəsində ölkə ərazisində quş qripi xəstəliyinə yoluxma halları aşkar olunmamışdır. Lakin havaların nisbətən mülayim keçməsi səbəbindən Azərbaycana quşların miqrasiyası tam başa çatmayıb. Bu isə miqrasiya prosesi zamanı köçəri quşlar vasitəsilə xəstəliyin ölkəyə daxil olma ehtimalının hələ də aktual olduğunu göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA