Daha bir Azərbaycan əsgəri yaralanıb

img

06-01-2011 [01:05]


Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, yanvarın 6-da saat 08.15 radələrində Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən mövqelərimizə açdığı atəş nəticəsində əsgər Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb. Əsgərin vəziyyəti ağırdır. 1991-ci il təvəllüdlü Hüseynov Ülvi ötən ilin yanvarında Qaradağ Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA