Rektorlar nazirə hesabat verməli olacaqlar

img

05-01-2011 [09:14]


Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Təhsil naziri Misir Mərdanov qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə müəyyən tapşırıqlar verib. Qış imtahan sessiyası dövründə tələbələr də öz şikayətlərini Təhsil Nazirliyinin ?qaynar xətt?inə çatdıra biləcəklər. Təhsil Nazirliyindən Ali və orta ixtisas təhsili şöbəsindən Modern.az-a bildirilib ki, nazir Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə müvafiq əmr imzalayıb. Nazirin əmrinə müvafiq olaraq Təhsil Nazirliyində "qaynar xətt" (Tel.: 496-34-82, faks: 496-37-61, e-mail: qaynarxett@edu.gov.az) fəaliyyət göstərəcək. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər. Tapşırığa əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri təhsil ocaqlarında imtahan qərargahı yaradıblar. Qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "qaynar xətt"inə operativ məlumat verilməlidir. Rektorlar imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməli, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görməlidirlər. ?Nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar? nazirin əmrində bildirilib. Rektorlar qış imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsi ali və orta ixtisas təhsili müəssisələrində qış imtahan sessiyasının monitorinqini keçirəcək. Monitorinqə Təhsil Nazirliyinin əməkdaşları, nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri cəlb ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA