Yanvarın 8-dən bazlayaraq hava zəraitinin yağıntılı keçəcəyi gözlənilir

img

05-01-2011 [01:20]


Ölkə ərazisində həftəsonuna kimi buludlu hava üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün tutqun hava olacaq. Yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, axşam yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gündüz 7-10? isti, axşama doğru 5?-dək isti olacaq. Yanvarın 6-da hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 7-10? isti olacaq. Yanvarın 7-də hava arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz hava proqnozlaşdırılır. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5? isti, gündüz 8-10? isti təşkil edəcək. Yanvarın 8-də də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6? isti, gündüz 8-10? isti olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 5-10? isti, dağlarda gecə 3-7? şaxta, gündüz 0-4? isti olacaq. Yanvarın 7-8-də gecə və səhər duman müşahidə ediləcək. Bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Yanvarın 8-də respublikanın qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı keçəcəyi, dağlıq və bəzi dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Axşama doğru yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5? şaxta, gündüz 4-8? isti, dağlarda gecə 4-8? şaxta, gündüz 4? şaxtadan 1?-dək isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA