Həkimlərin attestasiyası bazladı

img

05-01-2011 [01:15]


Yanvarın 5-dən Bakıda həkimlərin attestasiyasına başlanır. Yeni ilin ilk iş günü ginekoloqlar və terapevtlərin biliyi yoxlanılır. Səhiyyə Nazirliyinin həkimlərin sertifikasiyası məqsədilə keçirəcəyi test imtahanları hər ay müxtəlif ixtisaslar üzrə olmaqla ilin sonunadək davam edəcək. 28 dekabr 2011-ci il tarixdə isə gigiyena və plastik cərrahiyyə ixtisasları üzrə keçiriləcək imtahanla həkimlərin sertifikasiyasına yekun vurulacaq. Səhiyyə Nazirliyi həkimlərə kömək məqsədilə test imtahanlarından əvvəl tibb işçiləri üçün sınaq imtahanları da təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA