Ramil Usubov yeni kadr islahatı aparıb

img

04-01-2011 [04:15]


Yasamal Rayon Polis İdarəsinə yeni rəis təyin olunub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmri ilə Nizami Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov tutduğu vəzifədən azad edilərək Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirin digər əmri ilə Tərtər Rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov Nizami rayon Polis İdarəsinə rəis təyin edilib. Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə isə hələlik təyinat olmayıb. Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Möhübbət Hüseynov və idarənin xidmət üzrə rəisi müavini Vəli Abbasov işdə yol verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA