Icra bazçısının oğlu yeznəsini ölümcül döyüb

img

03-01-2011 [04:57]


Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun oğlu Rəşad Sadıqov bir neçə nəfərlə birlikdə bacısının həyat yoldaşı polis mayoru Elnur Məmmədovu ölümcül döyərək ?Delfin? otelin yaxınlığına atıb. Bu barədə MİA-ya məlumat verən Elnur Məmmədovun yaxınlarının sözlərinə görə, yeznə-qayın arasında mübahiə yeni ilin ilk günü yaranıb. Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqovun qızı yeni ili atası evində keçirmək istəyib, həyat yoldaşı isə icazə verməyib. Bu barədə məlumat alan icra başçısı oğluna bacısını evlərinə gətirməyi tapşırıb. İcra başçısının oğlu isə digər yeznələri Ramin Rəhimov və altı nəfər yoldaşı ilə birlikdə bacısının həyat yoldaşını ?Kral? Şadlıq Sarayının yaxınlığına çağırıb. Oradan isə onu ?Delfin? Otelin yaxınlığına apararaq möhkəm döyüblər. Zərəçəkən Elnur Məmmədovun yaxınlarının sözlərinə görə, icra başçısının oğlu yeznəsinin başına bir neçə dəfə tapançanın arxası ilə vurub. Sonra isə onun artıq reaksiya vermədiyini görərək yol kənarına atıblar. Elnur Məmmədov isə alın sümüyünün batmış sınığı, sol alınacıq sümüyünün sınığı, burun sümüklərinin sınığı, baş-beyin əzlməsi və bədənində çoxsaylı qançırlarla Kliniki Tibbi Mərkəzə yerlşdirilib. Sözügedən xəstəxananın həkimi Vidadi həkim də faktı təstiqləyib. Artıq faktla bağlı Nərimanov rayonunda cinayət işi başlanılıb. Qeyd edək ki, yeznəsini yeni ilin ilk günündə ölümcül döyərək xəstəxanaya salan icra başçısının oğlu Rəşad Sadıqov Xətai rayon polis idarəsinin şəxsiyyət vəsiqəsi və qeydiyyat şöbəsində işləyir və polis kapitanıdır. Polis kapitanın döydüyü yeznəsi isə polis mayorudur. Məlumat üçü qeyd edək ki, hadisədə iştirak etdiyi qeyd edilən Ramin Rəhimovun Sabunçu rayon polis idarəsinin sabiq rəisi Toğrul Rəhimovun oğludur və Dövlət Yol Polisinin əməkdaşıdır. Elnur Məmədovun atası artıq prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova müraciət edərək oğlunun döyülməsi ilə bağlı cinayət işinin şəxsi nəzarətinə götürülməsini xahiş edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA