Yanvarın 1-dən izçilərini sığortalamayan müəssisə və təzkilatlar cərimə olunacaq

img

03-01-2011 [03:56]


?İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında? qanunu 2011-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu, həm də o deməkdir ki, yanvarın 1-dən işçilərini sığortalamayan müəssisə və təşkilatlar cərimə olunacaq. Milli Məclisin İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır. Qanuna əsasən, işçilərini icbari sığorta növü üzrə sığortalamayan müəssisə yanvarın 1-dən 1500 manat məbləğində cərimə olunacaqlar. Tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tarifləri peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilir. Risk dərəcələri və işçilərin kateqoriyalar üzrə icbari sığorta tarifləri bu cür müəyyən edilib:

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA