Artur Rəsizadə Respublika çağırız Komissiyasının tərkibini təsdiqləyib

img

30-12-2010 [06:25]


Nazirlər Kabineti 2011-ci ilin yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib. Nazirlər Kabinetinin rəsmi saytında verilən məlumata görə, komissiyanın tərkibi aşağıdakı kimidir: Komissiyanın sədri R.Məmmədov - Azərbaycan Respublikası hərbi komissarının müavini Komissiya sədrinin müavini M.Abbasquliyev - Dövlət Sərhəd Xidməti rəisinin müavini Komissiyanın üzvləri: O.Zalov - daxili işlər nazirinin müavini A.Vəlibəyov - səhiyyə nazirinin müavini T.Musayev - ədliyyə nazirinin müavini A.Dadaşov - AHİK sədrinin müavini (razılaşdırılmışdır) S.Novruzov - Milli Məclisin deputatı (razılaşdırılmışdır) Nazirlər Kabineti qərarında qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etsin. Eyni zamanda Azərbaycan Respublikasının Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının ?Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında? qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etsinlər. Qərarın məxfi və açıqlanmayan bölümündə qeyd olunur ki, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görsünlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA