Minadan zərərçəkənləri ən çox narahat edən problemlər müəyyənləzib

img

29-12-2010 [12:27]


Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?Azərbaycanın ayrı-ayrı regionlarında minadan zərərçəkənlərin sosial problemlərinin həlli vəziyyətinin öyrənilməsi və nəticənin dəyirmi masada müzakirəsi? layihəsi çərçivəsində Tərtər şəhərində dəyirmi masa keçirib. Bu barədə AMZA-nın sədri Rey Kərimoğlu məlumat verib. Onun sözlərinə görə, dəyirmi masada Füzuli, Ağstafa, Ağdam və Tərtər rayonlarından olan 70 nəfər mina qurbanı, onların ailə üzvləri iştirak edib. Dəyirmi masaya Tərtər rayonundakı icra strukturlarının nümayəndələri də qatılıblar. Onlar minadan zərərçəkənlərin problemindən və onların çıxış yollarından danışıblar. R.Kərimoğlu üç ay davam edən layihənin məqsədindən danışarkən bunları deyib: ?Bu layihəni həyata keçirməkdə əsas məqsədimiz ölkənin mina qurbanlarının daha çox yaşadıqları regionlarda onlara göstərilən sosial xidmətin və bu sahədə mövcud olan problemlərinin həlli vəziyyətini öyrənmək və sonda əldə edilən nəticəni dəyirmi masada müzakirə etməkdən ibarət idi. AMZA-nın Tərtər, Füzuli və Ağstafa regional bölmələrinin əhatə etdiyi bir neçə rayonda 300 nəfər mina qurbanı arasında sosial problemlərinin araşdırılması üçün sorğular aparılıb. Minadan zərərçəkənlərin problemlərinin həllinə cavabdeh olan dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının bu sahədə gördükləri işlər də öyrənilib və təhlil edilib. Əldə olunmuş nəticə dəyirmi masada geniş müzakirə edildi?. R.Kərimoğlu sorğunun təhlili zamanı mina qurbanlarını ən çox narahat edən problemlərin işsizlik, mənzil və pulsuz müalicə ala bilməməkləri məlum olduğunu bildirib. Bununla yanaşı o, minadan zərərçəkənlər pensiyalarının azlığından da şikayət etdiyini də qeyd edib. Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış jurnalist Seymur Verdizadə, ?Ağdam? qəzetinin baş redaktoru, mina qurbanı Hətəmli Baxşeyiş bu insanların problemlərinin həllində medianın rolu mövzusunda çıxış ediblər. Dəyirmi masa iştirakçıları mövzu ətrafında geniş müzakirələr aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA