Azərbaycanda dövlət qulluqçularının pezə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq

img

28-12-2010 [02:22]


Azərbaycanda gələn il dövlət qulluqçularının peşə fəaliyyətinin qiymətləndirilməsi aparılacaq. Bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdiri Rauf Məcidbəyli bildirib. Onun sözlərinə görə, qiymətləndirmə dörd meyar əsasında həyata keçiriləcək. İşçinin təqvim ili ərzində nümayiş etdirdiyi peşəkarlıq beş, dörd, üç, iki - yəni əla, yaxşı, kafi və qeyri kafi qiymətlərlə dəyərləndiriləcək. Qiymətləndirmə işçinin birbaşa rəhbəri tərəfindən, komissiyanın müəyyən etdiyi metodoloji standartlar əsasında aparılacaq. İlin sonunda il ərzində aparılan müşahidə nəticələri ümumiləşdiriləcək və hüquqi qiyməti olan nəticə müəyyənləşdiriləcək. Rauf Məcidbəyli daha sonra qeyd edib ki, qiymətləndirmənin nəticələri işçi ilə əmək müqaviləsinin ləğv olunmasına səbəb olmayacaq. "Bu qiymətləndirmə işçi ilə əmək müqaviləsinin ləğvini nəzərdə tutmayıb. Xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı verilmiş yekun qiymət işçinin şəxsi işinə əlavə ediləcək və attestasiya prosesində nəzərə alınacaq", - o, deyib. Məcidbəyli bildirib ki, xidməti fəaliyyəti yüksək qiymətləndirilmiş işçilərə əlavə mükafatların verilməsi də nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA