Oğuz-Qəbələ-Bakı su kəmərinin açılızı oldu

img

28-12-2010 [01:26]


Bakı şəhərini keyfiyyətli içməli su ilə təmin edəcək Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub. Dekabrın 28-də Prezident İlham Əliyev açılış mərasimində iştirak edib. Mərasimdə məlumat verilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz ?Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib. Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA