Qarabağ Azadlıq Təzkilatı Ali Məclisinin ilin yekunlarına dair iclası keçirilib

img

27-12-2010 [05:55]


Qarabağ Azadlıq Təşkilatı (QAT) Ali Məclisinin ilin yekunlarına dair iclası keçirilib. QAT-dan verilən məlumata görə, iclasda Qarabağa dair danışıqların davam etdirilməsinə ehtiyac olmadığı, hərbi əməliyyatların başlanmasının labüdlüyü, cəmiyyətin müharibə qanunları ilə yaşamasının zəruruliyi vurğulanıb və təşkilatın mövqeyini əks etdirən bəyanat qəbul olunub. Bəyanatda bildirilib: ?Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair aparılan danışıqlar heç bir nəticə verməyib, beynəlxalq qurumların məsələyə obyektiv yanaşacaqlarına olan ümidlər özünü doğrultmayıb, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası iflasa uğrayıb. Belə bir vəziyyətdə Azərbaycanın yalnız bir yolu qalır. Azərbaycan yalnız hərbi yolla torpaqlarını işğaldan azad edə bilər. Ona görə də Azərbaycan ləngimədən hərb yolunu seçməli, dövlət və cəmiyyət müharibə vəziyyətinə uyğun həyat və fəaliyyət tərzinə keçməlidir. Bütün göstərilənləri nəzərə alaraq hesab edirik ki: Bütün səviyyələrdə ?xalq diplomatiyası?ndan imtina edilməli, ermənilərlə qarşılıqlı səfərlərə son qoyulmalı, Bakıda keçirilən beynəlxalq tədbirlərə düşmən ölkənin nümayəndələri dəvət olunmamalıdır. 1. Azərbaycan hakimiyyəti işğalçı Ermənistanın rəsmiləri ilə bütün görüşləri və danışıqları dayandırmalıdır. 2. Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsinə və əxlaqına, döyüş ruhuna mənfi təsir göstərdiyinə görə telekanallarda və digər KİV-lərdə bayağı verilişlər dayandırılmalı, hərbi vətənpərvərlik yönümlü verilişlərə üstünlük verilməlidir. 3. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirməsi Azərbaycana qarşı güc nümayişi, hədə və təhdid kimi dəyərləndirilməli və bu təlimlərin qarşısı hərbi müdaxilə yolu ilə alınmalıdır. 4. Azərbaycan Ordusunda müsbət dəyişikliklərin həyata keçirildiyi, hərbi silah və texnika ilə təminatın, təchizatın yaxşılaşdırıldığı, döyüş hazırlığının yüksəldildiyi qeyd olunmalı, eyni zamanda hələ də xeyli problemlərin qaldığı etiraf edilməlidir. Ona görə də bu problemlərin aradan qaldırılması məqsədi ilə Orduya real ictimai nəzarət təmin edilməlidir. 5. Artıq gözləməyə vaxt qalmadığını və Ordumuzun kifayət qədər güclü olduğunu nəzərə almaqla Azərbaycan 2011-ci ilin mart-aprel aylarından gec olmamaqla ərazilərimizin hərbi yolla işğaldan azad edilməsinə başlamalıdır. Torpaqlarımızın işğalından həddindən artıq çox vaxt keçib. Artıq bu rəzalətə dözmək olmaz. İşğalçı Ermənistana qarşı müharibənin ləngidilməsi Azərbaycanın milli maraqlarına xəyanət kimi dəyərləndirilməlidir. 6. Biz bütün Azərbaycan xalqını, ictimai, siyasi qurumları yağı düşmən üzərində qələbə, Qarabağın azadlığı naminə bir araya gəlməyə çağırır və Qarabağ Azadlıq Təşkilatının bütün üzvlərinin Müqəddəs Müharibəyə səfərbərliyini elan edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA