Azərbaycanda 5 gün iz olmayacaq

img

27-12-2010 [05:08]


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 5 gün iş olmayacaq. Məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2011-ci il yanvarın 1 və 2-si isə Yeni il bayramıdır. Yanvarın 1-2-si həftənin şənbə və bazar günlərinə düşdüyündən, qüvvədə olan Əmək Məcəlləsinə əsasən, növbəti həftənin bazar ertəsindən daha 2 gün - yəni yanvarın 3-4-ü də qeyri-iş günüdür. Beləliklə beş gün dalbadal istirahət günü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA