Şəhid anaları ?Qəhrəman Ana? mükafatına layiq görülüb

img

25-12-2010 [03:07]


?Dünya Ana və Uşaqları? İctimai Birliyi 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olan Fərid Əhmədov və Əhməd Abdullayevin analarını ?Qəhrəman Ana? mükafatına layiq görüb. Birliyin sədri Dünyaxanim Əliyeva və 30 ziyali qadın dekabrın 22-də Biləsuvar və Cəlilabad rayonlarinda şəhidlərimizin ailələrini ziyarət ediblər. Dekabrin 23-də isə Şəhidlər Xiyabanında toplaşan birlik üzvləri mükafatı şəhid F.Əhmədovun anasına təqdim ediblər. Şəhid anası ona gostərilən diqqət və qaygidan qurur duydugunu və övladı ilə fər etdiyini bildirb. Tədbirdə iştirak edənlər çıxıshlarnda şəhidlərimizin göstərdiyi şücaətin gənclərimizin milli-vətənpərvər ruhda inkisaf etməsindəki mühüm roldan danışıblar. Birliyin sədri Dünyaxanim Əliyeva qeyd edib ki, bele ogul tərbiyə edən analar daha böyuk mükafatlara layiqdirlər. Xatirladaq ki, Fərid Əhmədov və Əhməd Abdullayev 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə şəhid olub. Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.. 2010-cu il noyabrın 7-də Prezident İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun ?İgidliyə görə? medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA