Azərbaycan Ombudsman Aparatında Piter Semnebinin müzaviri ilə görüz keçirilib

img

25-12-2010 [02:19]


Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin siyasi məsələlər üzrə müşaviri Yeva Kupce ilə görüş keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycanda nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən Aİ ilə əməkdaşlığa yüksək qiymət verildiyini, birgə layihələr həyata keçirildiyini bildirib. A.Səfixanlı Ombudsman Elmira Süleymanovanın insan hüquqlarının müdafiəsi və təmini sahəsində fəaliyyəti, səlahiyyətləri haqqında da ətraflı məlumat verib. Həyata keçirilən ?Tvinninq? layihəsinin əhəmiyyətini qeyd edən A. Səfixanlı bu layihədə Ombudsmanın da fəal iştirak etdiyini diqqətə çatdırıb. Öz növbəsində, Y. Kupce insan hüquqları və demokratik inkişaf məsələlərinin təmsil etdiyi qurumun fəaliyyətində əsas prioritetlərdən olduğunu qeyd edib. O, qeyri-hökumət təşkilatları və dövlət qurumları ilə eyni səviyyədə qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb, Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi və təmin olunması üzrə fəaliyyətində əsas istiqamətlərlə, eyni zamanda Müvəkkilə verilmiş yeni səlahiyyətlərlə maraqlanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA