Həftəsonu dəyizkən buludlu, yağmursuz hava gözlənilir

img

24-12-2010 [12:51]


Bakıda və Abşeron yarımadasında həftəsonu yağmursuz hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün dəyişkən buludlu, yağmursuz hava gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 14-16? isti, axşam 10-12? isti olacaq. Dekabrın 25-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman, çiskin olacaq, cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10? isti, gündüz 14-16? isti olacaq. Dekabrın 26-da dəyişkən buludlu, yağmursuz hava olacaq. Cənub-qərb, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10? isti, gündüz 13-16? isti təşkil edəcək. Dekabrın 27-də də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10? isti, gündüz 14-16? isti olacaq. Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə duman, Lənkəran-Astara zonasında çiskinli olacağı gözlənilir. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 11-16? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 9-14? isti olacaq. Dekabrın 26-27-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, əsasən dağlıq rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 11-16? isti, dağlarda gecə 3? şaxtadan 2?-dək isti, gündüz 9-14? isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA