Ədliyyə Nazirliyi vakant iz yerləri ilə bağlı müsabiqə elan edib

img

23-12-2010 [10:08]


Ədliyyə Nazirliyi vakant iş yerləri ilə bağlı müsabiqə elan edib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant vəzifələr əsasən, icra xidmətində, qeydiyyat və regional ədliyyə şöbələrindədir. Müsabiqədə iştirak etmək istəyən və ?Ədliyyə orqanlarında qulluq keçmə haqqında? qanununun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim edə bilərlər. Sənədlər yanvarın 5-dən etibarən Ədliyyə Nazirliyinin inzibati binasında bütün iş günləri qəbul ediləcək. Test imtahanının vaxtı və yeri barədə sənədlərin qəbulu başa çatdıqdan sonra Müsabiqə Komissiyası tərəfindən əlavə məlumat veriləcəkdir. Qeyd olunub ki, nazirliyin penitensiar və tibb xidmətlərinə qulluğa qəbulla bağlı müsabiqədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu adiyyatı baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA