ilham Əliyev: "Ərazi bütövlüyümüz danızıqlar mövzusu olmayıb və olmayacaq"

img

23-12-2010 [10:04]


Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Bunu prezident İlham Əliyev Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlət başçılarının XXI Zirvə Görüşündə bəyan edib. Ölkə başçısı Qarabağ münaqişəsinin bölgədəki iqtisadi planların həyata keçirilməsinə mane olduğunu vurğulayıb. "Həllini gözləyən problemlər, münaqişələr, təkliflər bizə tam şəkildə imkan vermir ki, istədiyimizə nail ola bilək. Hər bir ölkənin uğurlu siyasi-iqtisadi inkişafı sabitlik şəraitində mümkündür. Azərbaycanda siyasi sabitlik artıq çoxdan bərqərar olunub, ancaq həll edilməmiş münaqişələr, Azərbaycan torpaqlarının 20 faizinin hələ də Ermənistanın işğalı altında qalması böyük regional təhlükədir və təhlükə mənbəyidir. Azərbaycanlılara qarşı Azərbaycanın əzəli torpaqları olan Qarabağ və onun ətraf bölgələrində etnik təmizlənmə siyasəti aparılıb. 1 milyondan artıq azərbaycanlı öz doğma torpaqlarında qaçqın və köçkün vəziyyətinə salınıb", - deyə dövlət başçısı vurğulayıb. Azərbaycanın bu vəziyyətlə barışmayacağını və ərazi bütövlüyünü bərpa edəcəyini deyən İlham Əliyev qeyd edib ki, Azərbaycan məsələni danışıqlar yolu, sülh yolu ilə həll etməyə çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA