Daha bir saxta süd məhsulları istehsal edən müəssisə azkarlanıb

img

23-12-2010 [04:59]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, 6-ci mikrorayon, Dağıstanlı küç.118 ünvanında yerləşən fiziki şəxs Z.Sənalının rəhbərlik etdiyi müəssisədə süd məhsullarının istehsalı zamanı standartların tələblərinə, metroloji qayda və normalara riayət olunmasını araşdırıb. Komitənin mətbuat xidmətindən verilən məlumat6a görə, araşdırma zamanı müəyyən olunub ki, istehsal üçün lazımı şərait olmaması ilə yanaşı, müəssisə tələb olunan normativ sənədlərlə də təmin edilməyib, məhsullar üçün resepturalar mövcud deyil, markalanmada ciddi nöqsanlar var. Hazır məhsullardan seçilib götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzində müayinəsi zamanı məlum olub ki, məhsul normativ sənədin (AZS 220 - 2006) tələblərinə cavab vermir. Belə ki, götürülmüş nümunədə (dovga) fiziki-kimyəvi göstəricilərindən normativ sənədlə nəzərdə tutulmuş turşuluq dərəcəsi 90-1300T olduğu halda nümunədəki göstərici 550T olub. Aşkar olunan nöqsanların aradan qaldırılması üçün qanunamüvafiq qaydada tədbirlər görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA