Elmar Məmmədyarov Türkiyədə bəyanat verdi

img

22-12-2010 [03:56]


Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 19-cu görüşündə bəyanatla çıxış edib. XİN-in mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir ki, İƏT-ın üzv ölkəsi olaraq Azərbaycan Respublikası bu təşkilatın çərçivəsində əməkdaşlığa xüsusi önəm verir. Nazir deyib ki, nəzərə alınsa ki, nəqliyyat İƏT daxilində əməkdaşlığın əsas qurucu elementidir və regional ticarətin inkişafı üçün ilkin şərtdir, Azərbaycan hesab edir ki, İƏT ölkələri üçün faydalı olacaq Bakı-Tiflis-Qars və Qəzvin-Rəşt-Astara kimi əsas regional dəmir yolu layihələrin tamamlanması istiqamətdə bütün səyləri artırılması vacibdir: ?Tranzit potensialını artırmaq məqsədilə, Azərbaycan Trans-Avropa və Trans-Asiya şəbəkələrinin birləşməsinə xidmət edəcək öz nəqliyyat infrastrukturunu çox şaxəli etməyə və müasirləşdirməyə çalışır. Bununla yanaşı, yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun təminat (logistik) mərkəzinin inşası beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətliliyini və region ölkələrinin tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır. Eyni zamanda Azərbaycan enerji mənbələrinin nəql edilməsinin çox şaxəliliyində, enerji təhlükəsizliyinin artırılmasında və cəlb olunmuş ölkələrin, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin iqtisadiyyatlarının inkişaf etdirilməsində böyük rol oynayacaq regional enerji layihələrin həyata keçirilməsində fəallıq göstərir?. E.Məmmədyarov bəyanatına görə, Azərbaycan hesab edir ki, İƏT çərçivəsində əməkdaşlığın hüquqi və fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var: ?Aydın məsələdir ki, yuxarıda qeyd olunanları təşkilatımızın iş üsullarında müvafiq dəyişikliklər etmədən qaradan qaldıra bilmərik. Biz əminik ki, buna nail olmaq məqsədi ilə İƏT islahatlar prosesini davam etdirməli və bunu gündəliyin vacib məsələsi kimi qeyd etməliyik. İslahat qaydalarını qəbul edərkən üzv dövlətlərin qarşılaşdığı ictimai-siyasi və humanitar xarakterli problemlər Təşkilat tərəfindən müvafiq qaydada baxılmalıdır. Regionda qeyri-sabitlik davam etdiyi müddətdə real regional əməkdaşlıq müzakirə oluna bilməz. Bu regionumuzun və Təşkilatın üzləşdiyi ən ciddi problemdir və onları həll etmək üçün daha qətiyyətli cəhdlər etmək lazımdır. Bildiyiniz kimi, Azərbaycanın 20% torpaqlarının qonşu Ermənistan tərəfindən işğal altında olması və ölkədə 1 milyon qaçqın və məcburi köçkünlərin mövcudluğu İƏT regionunda inkişaf, sabitlik və tərəqqi bərqərar olunmasına böyük maneələr törədir. Bu baxımdan təşkilat və üzv ölkələr Azərbaycanın münaqişənin tez bir zamanda həllinə və ərazi bütövlüyünün bərpasına yönəlmiş mövqeyinə öz qətiyyətli və ardıcıl dəstəyini artırmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA