Deputat hacı Qalib Kəbənin yuyulmasında iztirak edib

img

21-12-2010 [05:24]


Milli Məclisin deputatı hacı Qalib Salahzadə Məkkədə Kəbənin yuyulmasında iştirak edib. Kəbə ildə bir dəfə açılaraq xüsusi qaydada yuyulur. Onun yuyulması prosesini izləmək və Kəbənin içinə daxil olmaq müsəlman aləmində müstəsna əhəmiyyət kəsb edir. Bu cür imkan hacı Qalibə qismət olduğundan o, özünü xöşbəxt sayır. Q.Salahzadənin sözlərinə görə, Kəbənin açılaraq yuyulmasının şahidi olmaq hər adama nəsib olmur: ?Mən Kəbəyə daxil oldum. Onun necə yuyulduğunu gördüm. Özümdə rahatlıq tapdım. Əlbətdə ki, dualarım oldu. Dövlətimizin güclənməsi, ərazi bütövlüyünün təmin olunması, prezidentimizə və onun ailəsinə can sağlığı mənim dualarımın əsasını təşkil etdi. Dövlətimə və xalqıma, onun rəhbərliyinə olan sevgimi, xoş arzularımı Kəbədə Uca Yaradana ismarıncladım. Allah Azərbaycanımızı qorusun!? Q.Salahzadə dekabrın 22-də ziyarətini başa vurub vətənə dönəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA