Milli Məclis ombudsmanın səlahiyyətlərini artırdı

img

21-12-2010 [03:54]


Milli Məclis ?İnsan hüquqları üzrə müvəkkil haqqında? konstitusiya qanununa düzəlişləri qəbul edib. Bu düzəlişlər Ombudsman Aparatında penitensiar sistem müəssisələrindən daxil olan şikayətlərə baxmaq səlahiyyətlərinə malik preventiv qrupun yaradılmasını nəzərdə tutur. ?Bu qrupa məhbusların saxlanma yerlərinə, istintaq təcridxanalarına maneəsiz getmə hüququ veriləcək?, - deyə əlavə və dəyişiklikləri deputatlara təqdim edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynov bildirib. ?Milli ombudsmanın bu cür hüquqlarının olması Azərbaycanın beynəlxalq öhdəlikləri ilə şərtlənib?, - deyə o qeyd edib. Bundan başqa, Ə.Hüseynov bildirib ki, düzəlişlər həmçinin ombudsmana 2005-ci ildə qəbul olunmuş ?İnformasiya əldə etmək haqqında? qanunda yaradılması nəzərdə tutulan media ombudsmanı institutu funksiyasının yerinə yetirilməsi səlahiyyətlərinin verilməsini nəzərdə tutur. Bununla əlaqədar göstərilən düzəlişlərə uyğun olaraq Ombudsman Aparatında milli preventiv qrup və KİV məsələləri üzrə ayrıca struktur bölmə yaradılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA