Eynulla Fətullayevin məhkəməsi təxirə salındı

img

21-12-2010 [01:56]


Dekabrın 21-də Ali Məhkəmədə həbsdə olan jurnalist Eynulla Fətullayevin kasasiya şikayətinə baxılacaqdı. Ancaq jurnalistin vəkili gəlmədiyindən məhkəmə dekabrın 28-ə qədər təxirə salınıb. 2010-cu il iyulun 6-da Qaradağ Rayon Məhkəməsi Eynulla Fətullayevi narkotik maddə saxlamada təqsirli bilərək 2 il 6 ay azadlıqdan məhrum edib. Bu qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət verilmişdi. Noyabrın 5-də Bakı Apelyasiya Məhkəməsi Eynulla Fətullayev barəsində həbs qətimkan tədbiri seçib. Həmin qərardan kasasiya şikayəti noyabrın 21-də Ali Məhkəməyə təqdim olunmuşdu.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA