Magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin vaxtı açıqlandı

img

21-12-2010 [11:49]


Azərbaycanda ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsinin vaxtı müəyyənləşib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, imtahanlar üçün ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq. Qəbul imtahanlarının ilk mərhələsi fevralın 20-də keçiriləcək. Bu mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi, xarici dil və informatika fənni üzrə bilikləri yoxlanacaq. Yanvarın 23-də isə TQDK ilk dəfə tətbiq olunacaq açıq testlərə abituriyentlərin cavabların təhlil etmək üçün Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Şirvan, Ağcabədi və Mingəçevirdə sınaq imtahanları keçirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA