Dövlət Komitəsi Bakının bir sıra pivə barlarında yoxlamalara bazladı

img

20-12-2010 [06:00]


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə Bakı şəhərinin bir sıra pivə barlarında mənşəyi məlum olmayan, brokonyerlik yolu ilə əldə olunmuş, orqanizm üçün təhlükəli olan krevetlərin satışı ilə bağlı şikayət məktubu daxil olub. Komitədən verilən xəbərə görə müraciətin araşdırılması məqsədilə Komitənin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndəsinin iştirakı ilə Bakı şəhərində fəaliyyət göstərən pivə barlarında dəniz məhsullarının saxlanılması və satılması zamanı normativ sənədin tələblərinə riayət olunması ilə bağlı monitorinq keçiriblər. Araşdırma zamanı müəyyən olunub ki, paytaxtda fəaliyyət göstərən bir neçə pivə barında mənşəyi məlum olmayan, təhlükəsizliyi təmin olunmayan dəniz məhsulları ? bişmiş krevetka, hisə verilmiş şamayka, farel balıqları və s. satılır. Aşkar olunan qanun pozuntuları ilə bağlı akt tərtib olunub, məhsul satışı qadağan edilib. Monitorinqlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA