üzümüzə gələn 2011-Ağ Dovzan ilində bizi nə gözləyir?

img

20-12-2010 [03:52]


Üzümüzə gələn 2011-Ağ Dovşan ilində bizi nə gözləyir? İllər üzrə proqnoz verən tanınmış astroloq Firudin Qurbansoy illər üzrə düşər-düşməzdən danışır. [b]Pələng[/b] ilində anadan olanlar bu ilə nisbətən gələn il özlərini gərgin hiss edəcəklər, amma əldə elədikləri böyük uğurlar da ola bilər. Elə bil ki, il ərzində bir, yaxud iki dəfə fürsəti olacaq ki, böyük məbləğdə nəsə qazansın. Ümumi baxında Pələnlərin büdcəsində kəsir olacaq. [b]Dovşan[/b] ilində dünyaya gələnlər öz ilindədi, onlar üçün bu il çox uğurlu olacaq. Həm həyatada, həm işdə müsbət nəticələr əldə edəcək. [b]Əjdaha [/b]ilində anadan olan insanlar Dovaş ilində bəzi sirlərini açmalı olacaqlar, onların bəzi gizlənmiş problemləri üzə çıxacaq. Amma Əjdahaların bu ildən bəhrələnmələri mümkün olmayacaq. Ümumiyyətlə, Əjdaha illərinin maliyyə sistemində bir qayda olaraq böyük uğurlar olmur. Hansısa qrupla bir yerdə işləyəndə görürsən ki, o kampaniyanın gəlirindən ona da çatır. Amma Əjdahanın öz təşəbbüsü ilə nəsə etməsi halına rast gəlinmir. Onun sadəcə olaraq görkəmi adamları aldadır. Yəni Əjdaha ili çox böyük qüvvəyə malik deyil. İlan ilinin nümayəndələri bu ildən bəhrələnəcəklər. Onların iqtisadi vəziyyəti də yaxşı olacaq, səhhətləri ilə bağlı da problemləri olmayacaq. [b]At[/b] ilində dünyaya gələnlər üçün də Dovan ilini ciddi problemlər vəd edəmir. Düzdür, varlanmaq baxımından demək olmaz ki, At ilinin nümayəndələri çox qazanacaqlar. Amma hər halda ac qalmayacaqlar. [b]Qoyun [/b]ilində anadan olanlar da təxminən elədir. Amma Qoyun ilində dünyaya gələnlər bu ildən Ata nisbətən daha yaxşı bəhrələnəcəklər. [b]Meymun[/b] ilində dünyaya gələnlər üçün heç bir problem yoxdur. Onlar bu il gözlərini güclü hiss edəcəklər, elə bil ki, ətrafda baş verən hadisələrin onlara dəxli olmayacaq, öz həyatlarını yaşayacaqlar. [b]Toyuq[/b] ilinin nümayəndələri üçün Dovşan ili çox uğurlu olacaq. Elə bil ki, gözləmədikləri yerdən mənfəət qazanacaqlar, hesablamadıqları məqamlarda onlar üçün maddi artım əldə olunacaq. Ya tanışlarının, ya təsadüfən hansısa maddi gəlirli işlərin iştirakçısı olacaqlar. Bir sözlə, bu il təsadüflər onlara uğur gətirəcək. [b]İt[/b] ilində dünyaya gələnlər üçün də elə ciddi problem olmayacaq. Onlar da çəkdikləri zəhmətin müqabilində layiqincə, mükafatlandırılacaqlar. Yəni İt ilinin nümayəndələri ildən narazı qalmayacaqlar, işləri başlarından aşacaq. [b]Qaban[/b] ilində anadan olanlar ağıllı hərəkət eləsələr, bu ili udacaqlar, Dovşan ili onlara xeyir gətirəcək. Ağıllı hərəkət eləməsələr, ac qalacaqlar. Yaxşı olar ki, Qaban ilində dünyaya gələnlər daha çox məsləhətə qulaq assınlar. İqtisadi vəziyyətləri də özlərinin hərəkətlərindən asılı olacaq. Ümumiyyətlə, Dovşan ili ümumi götürdükdə ağır il deyil. Hər halda insanlar mümkün qədər səhv etməməlidirlər ki, gözlənilən problemlər daha da dərinləşməsin. [b]Kəsəyən[/b] ili üçün o qədər də uğurlu il deyil. [b]Öküz[/b] ili ilə onun mübahisəsi yoxdur. Yəni Öküz ilində dünyaya gələn insanlar gələn il özünü rəqibsiz hiss edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA