BMT-dən Səlim Müslümova müsbət qiymət verilib

img

20-12-2010 [03:33]


BMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional bürosu Azərbaycan Respublikasında qurulan müasir sığorta-pensiya sistemini və bu sahədə davam etdirilən islahatların birinci yerə layiq görüldüyünü açıqlayıb. Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, BMT İnkişaf Proqramının Nyu-Yorkda yerləşən Baş qərargahı ?Azərbaycan - Dəyişikliyin tarixçəsi. Effektiv Pensiya sisteminin qurulması? başlıqlı şərhində Azərbaycanın bu sahədə həyata keçirdiyi islahatların həcminə, müddətinə və digər parametrlərinə görə daha üstün olduğunu bildirib. Hazırda ölkə üzrə pensiyaçıların 98,8 faizinin pensiyalarının plastik kartlarla ödənilməsi, pensiyaların minimum məbləğinin 3,4 dəfə artması yüksək qiymətləndirilib. Həmçinin, bu sistemin bir sıra ölkələr üçün model rolu oynadığı vurğulanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA