20-12-2010 [03:30]
20 - dekabr 2010-ci il tarixdə Azərbaycan Media Mərkəzində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata kçeirilən ?Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi? layihəsinin təqdimat mərasimi keçirilib.
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi barədə məlumat verən təşkilatın kooridnatoru, ?Konstitusiya? Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Şəbəkə Korrupsiyaya Qarşı Mübzriə üzrə Komissiya və 23 QHT-ni birləşdirir. Korrupsiyaya Qarşi Mübarizə üzrə Qeyri-Hökumət Təşkilatlarinin Məlumat və Əməkdaşliq Şəbəkəsi 2006-cı il 02 martda təsis edilib. Şəbəkənin təsis edilməsində məqsəd cəmiyyəti korrupsiyaya qarşı mübarizəyə səfərbər etmək, korrupsiyaya qarşı mübarizə sahəsində QHT-lərin və dövlət strukturlarının səylərini əlaqələndirmək və onlar arasında daha sıx əməkdaşlığa nail olmaq, korrupsiyaya qarşı mübarizə aparan QHT-lər arasında əməkdaşlığı inkişaf etdirmək və korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədi ilə konsepsiyalar, proqram və təkliflər hazırlamaqdan ibarətdir:
Şəbəkə əsasən aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir
1. Antikorrupsiya mədəniyyətinin formalaşdırılması;
2. Maarifləndirmə;
3. Antikorrupsiya qanunvericiliyinin hazırlanması, normativ-hüquqi aktların və normativ aktların antikorrupsiya ekspertizası,
4. Antikorrupsiya tədrisi, antikorrupsiya vəsaitlərinin hazırlanması;
5. Antikorrupsiya tədbirlərində vətəndaş iştirakçılığının təmin edilməsi;
6. Dövlət orqanlarında şəffaflığın, hesabatlılığın, informasiya əldə etmək haqqında qanunvericiliyin tətbiqinin dəyərləndirilməsi;
7. Milli Strategiyanın həyata keçirilməsində iştirak və onun monitorinqi.
Əliməmməd Nuriyev qeyd edib ki, fəaliyyət göstərdiyi müddətdə Şəbəkə və onun üzvləri məhdud resurslar olmasına baxmayaraq korrupsiyaya qarşı mübarizə sahəsində fəal olmağa çalışmış, korrupsiyaya qarşı mübarizəyə öz töhvlərini verməyə nail olmuşlar. O, qeyd etmişdir ki, Şəbəkə öz fəaliyyəti dövründə qanun layihələrinin qəbul olunmazdan əvvəl ictimai dinləmələrini keçirilməsinə xüsusi əhəmiyyət verib. Şəbəkə tərəfindən ?Vəzifəli şə?slərin ?tik d?vr?nış q?yd?l?rı? h?qqınd?? q?nun l?yihəsi, ?Vəzifəli şə?slərin fə?liyyətində m?r?ql?r t?qquşm?sının q?rşısının ?lınm?sı h?qqınd?? q?nun l?yihəsi, ?Təhsil h?qqınd?? q?nun l?yihəsinin ictimai dinləmələrini keçirib. Şəbəkə Şəff?flığın ?rtırılm?sı və K?rrupsiy?y? Q?rşı Milli Str?t?giy?nın hazırlanmasında fəal iştirak edərək bununka bağlı Təkliflər P?k?ti h?zırl?yıb. Bu təkliflərin bir çoxu qəbul olunub və Strategiyada öz əksini tapıb.
Korrupsiyaya qarşı maarifləndirmə sahəsində də Şəbəkə və üzvləri əhəmiyyətli işlər görüblər. Şəbəkə ?K?rrupsiy?y? Q?rşı Müb?rizə üzrə Dövlət Pr?qr?mının y?kunl?rı? mövzusund? dəyirmi m?s? k?çrib və Pr?qr?mın icr?sı ilə b?ğlı Şəbəkə k??rdin?t?ru st?tistik h?s?b?t təqdim ?dib. Şəbəkə koordinatoru tərəfindən ?Korrupsiyaya qarşı mübarizə haqqında? qanunun kommentariyasını hazırlanıb. Ali məktəblərdə ?Korrupsiyaya yox deyək!? devizi altında tədbirlər keçirilib. Şəbəkə tərəfindən www.anticornet.az saytı hazırlanib. Şəbəkə üzvü ?Şəffaflıq Azərbaycan? Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən 2005-ci il Aprel ayının 1-dən etibarən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsi həyata keçirilir. Şəbəkə üzvü Korrupsiyaya qarşı Mübarizə Fondunun saytında antikorrupsion virtual məsləhət mərkəzi fəaliyyət göstərir.
Şəbəkə üzvü Konstitusiya? Araşdırmalar Fondu tərəfindən ?Qanunverciliyin antikorrupsion ekspertizası haqqında? Qanun layihəsi hazırlanır
Sorğuların keçirilməsi və monitorinqlər aparılması ilə bağlı fəaliyyətə Şəbəkə xüsusilə önəm verib. K?rrupsiy?y? Q?rşı Müb?rizə üzrə K?missiy?nın dəstəyi ilə ??zərb?yc?nd? k?rrupsiy?: s?si?l?ji m?nit?rinq? l?yihəsi həy?t? k?çirilib. QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ?Ölkədə korrupsiyanın vəziyyətinə dair rəy sorğusu və illik hesabat hazırlanması? layihəsi çərçivəsində ictim?i rəy s?rğusu keçirilib. Layihə çərçivəsində sorğu ilə paralel olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin vəziyyəti, həyata keçirilən tədbilərin beynəlxalq sənədələrə uyğunluğu, beynəlxalq öhdəliklər üzrə tədbirlərin vəziyəti, mövcud antikorrupsiya alətlərinin tətbiqi, vətəndaş cəmiyyətinin cəlb olunması, qanunvericliyin vəziyyəti və s. kimi korrupsiyaya qarşı mübarizənin elementlərini birləşdirən vahid hesabat hazırlanıb. Şəbəkə tərəfindən şəxsiyyət vəsiqələrinin verilməsi lə bağlı monitorinq keçirilib Daşınmaz əmlakın qeydiyyatının monitorinqinin metodologiyasını hazırlayib, Şəbəkə tərəfindən QHT-lərin fəaliyyətinə yaxşı idarəetmə və şəffaflıq prinsiplərinin tətbiqi layihəsini həyata keçirib. Şəbəkə üzvü Tacirlər və İstehsalçılar Birliyi (TİB), ?Daxili ticarətdə korrupsiya halları, onları törədən səbəblər və həlli yolları? layihəsini həyata keçirib. Şəbəkə və üzvlərinin bir qrupu tərəfindən (VƏHML, Avrasiya Hüquqşünaslar Assosasiyası, AGB, AHK) Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə ilə bağı Fəaliyyət Planının icrasına hökumət nəzarətinin alternativ monitorinq keçirilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası , Konstitusiya Araşdırmaları Fondu, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq Şəbəkəsindən ibarət QHT Koalisiyası (Dövlət Prqramlarının Monitorinqi üzrə QHT Koalisiyası) Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliynin (USAID) vəsaiti ilə Counterpart International təşkilatının maliyyələşdirdiyi ?Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramındakı əhalinin sosial müdafiəsi ilə bağlı tədbirlərin alternativ monitorinqi?adlı layihəsini həyata keçirmişdir.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiyanın monitorinqi ilə bağlı layihə həyata keçirir.
Şəbəkənin fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra Ə.Nuriyev yeni Şəbəkənin yeni-Açıq-Cəmiyyət İnstitutu Yardım Fondu (ACYF) tərəfindən dəstəklənən ?Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsınə yardım göstərilməsi? layihəsi barədə danışıb. Layhəyəyə dəstək verdiyinə gösrə, ACYF-ə təşəkkür üdən Şəbəkə koordinatoru bilidirb ki, Azərbaycanda vətəndaşların sosial hüquqlarının pozulması problemi ümumi insan haqları sisteminin ən zəif yeridir. Demək olar ki, kommunal xidmət sektorunda vətəndaşların hüquqlarının pozulması kütləvi xarakter daşıyır. Belə ki, onlar hər gün, elektrik enerjisi, qaz, su təchizatında fasilələrlə qeyri-müntəzəmliklə, yaşadıqları ərazidə ətraf mühitin çirkləndirilməsi ilə rastlaşırlar. Xidmətlər qeyri-sabit, keyfiyyətsiz surətdə, mövcud standartlara riayət edilməməklə və hətta insanın sağlamlığı üçün ciddi zərər verməklə göstərilir.
Eyni zamanda vətəndaşlar adətən xidmətgöstərənlərin özbaşınalığı ilə üzləşir. Kommunal xidmətlər sahəsində şəffaflıq, normal hesabat yoxdur. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin 2008-ci ildə həyata keçirdiyi ?Azərbaycanda korrupsiya: sosoloji monitorinq? layihəsi çərçivəsində ölkə üzrə 1200 respondent arasında keçirilmiş ictimai rəy sorğusunun nəticələrinə görə ?korrupsiya hallarl ilə daha çox hansı sahələrdə üzləşirsiniz??-sualına cavab verən rəyi soruşulanların 28.4% kommunal xidmət sahəsində ?hərdən?, 13.3% isə ?mütamadi? olaraq korrupsiya halları ilə üzləşdiklərini bildiriblər.
Digər tərəfdən kommunal xidmət sektorunda natamam və keyfiyyətsiz xidmətlərə görə vətəndaşlardan əsassız ödəmələr alınır. İlk növbədə, bu, onunla bağlıdır ki, normativ baza tamamilə yalnız xidmətgöstərənlərin marağı, xeyri nəzərə alınaraq formalaşdırılıb, xidmətlərin göstərilməsi üzrə bağlanan müqavilələr təchizatçıların xeyrinə tərtib olunub və orada istehlakçıların hüquqları tamamilə nəzərə alınmır. Əslində müqavilələrdə həm xidmətin keyfiyyəti, həm də icra edilməli öhdəliklərlə bağlı müddəalar öz əksini tapmalıdır. Bundan əlavə, çox vaxt istehlakçılarla müqavilə heç bağlanmır da.
Qanunvericilikdə istehlakçıların hüquqularının qorunması ilə bağlı boşluqlar xidmətgöstərənlərlə istehlakçılar arasında birincilərin xeyrinə qeyri-bərabər vəziyyət yaranmasına səbəb olub. Kommunal xidmətlər sektorunda korrupsiya, özbaşnalıq və istehlakçılsrın hüquqlarının pozulması halları o qədər dərin geniş vüsət alıb ki, vətəndaşların böyük əksəriyyəti buna heç bir müqavimət göstərmir və yaranmış vəziyyətlə barışır. Bu, çox təhlükəli təmayüldür, çünki bu, insanı əxlaq qaydalarına zidd gerçəkliklə barışmağa məcbur edir, onu sosial aspektdə laqeyd və aciz, həm də özünün siyasi, iqtisadi və digər hüquqlarının müdafiəsi və gerçəkləşdirilməsi xüsusunda passiv edir. Digər tərəfdən, korrupsiyaya uğramış məmurluq cəmiyyətin bu cür passiv olmasında maraqlıdır, çünki bu zaman onun üçün nemətlərin daha çox mənimsənilməsi və talançılığın miqyasının genişləndirilməsi məsələsi asanlaşır. Beləliklə, əsas etibarilə passiv istehlakçılar və fəal korrupsioner və rüşvətxorlardan ibarət olan cəmiyyət əxlaqi və hüquqi cəhətdən pozulur və dövlətin sabitliyi və demokratik inkişafı üçün təhlükəyə çevrilir. Bütün banları nəzərə alaraq Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ?Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi? layihəsini həyata keçirilməsini olduqca əhəmiyyətli və zəruru hesab edir.
Ə.Nuriyev qeyd etib ki, layihənin məqsədi kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçıları və təchizatçıları arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, bu sektorda korrupsiya hallarının azalması, şəffaflığın artırılmasına yardım göstərilməsidir.
Layihənin vəzifələri isə istehlakçıların hüquqlarının müdafiəsi; istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvercilikdə dəyişikliklərə nail olunması; kommunal sahədə hökm sürən inhisarçılığın məhdudlaşdırılmasına yardım göstərilməsi; kommunal sahədə korrupsiya hallarının azaldılması. şəffaflığın və yaxşı idarəetmə prinsiplərinin tətbiqinə yardım göstərilməsi; İstehlakçıların maarifləndirilməsi və məlumatlandırılmasıdır.
Layihə çərçivəsində aşağıdakı tədbirlər görüləcək:
- Əhaliyə kommunal xidmətlər göstərilməsini tənzimləyən qanunvericiliyin analizi aparılacaq və istehlakçı hüquqularının daha etibarlı müdafiəsini təmin etmək üçün əlavə dəyişikliklər hazırlanacaq
- ?Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi?nin yeni variantı hazırlanacaq
- Su təchizatı və təbii qaz təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında birtipli alqı-satqı Müqaviləsi hazırlanacaq
Elektron kommunal ödənişləri sistemi- Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS)- nin necə fəaliyyət göstərdiyi və ölkə üzrə kommunal ödənişlərin hansı hissəsinin bu sistem vasitəsilə toplandığı araşdırılacaq. Bu sistemin bütün ölkə üzrə tətbiqi (poct şöbələrində, banklar vasitəsilə) üçün təkliflər hazırlanacaq.
?Smart-kart? tipli qaz və elektrik enerjisi sayğaclarının hansı sayda, hansı regionlarda, hansı qaydada quraşdırıldığı və onların necə işlədiyi araşdırılacaq və ölkə üzrə bu sayğacların tətbiqi ilə bağlı təkliflər hazırlanacaq.
Kommunal xidmətlərin təchizatında müvafiq standartlara riayət edilməsinin və keyfiyyət göstəricilərinin araşdırılacaq.
Strateji məhkəmə çəkişməsi- İstehlakçı hüquqlarının qorunması və bu məqsədlə qanunvericilikdə müvafiq əlavə və dəyişikliklərə nail olunması üçün kommunal xidmət sektorunda istehlakçı hüquqlarının pozulması halları ilə bağlı məhkəməyə müraciət ediləcək
İstehlakçıların maarifləndirilməsi və məlumatlandırırlması üzrə tədbirlər həyata keçiriləcək.
Qaynar xətt yaradılacaq və pulsuz hüquqi yardım göstəriləcək
Media və ictimai vəkillik-lobbiçilik kampaniyasının aparılacaq.