Təhsil naziri Misir Mərdanovdan çağırız

img

20-12-2010 [03:24]


Təhsil naziri Misir Mərdanov xaricdə təhsil almış gənc azərbaycanlı alimləri öz bilik və bacarıqlarını vətəndə tətbiq etməyə çağırıb. ?Bizim qarşımızda duran problemlərdən biri budur: necə edək ki, xaricdə elmi dərəcə almış insanları Azərbaycana qaytaraq?, - deyə M.Mərdanov Azərbaycan Diplomatik Akademiyasının xətti ilə xaricdə namizədlik dərəcəsi almış gənc azərbaycanlı alimlərin üçüncü illik seminarında çıxış edərkən bildirib. ?Yaxşı olardı ki, xaricdə təhsil almış azərbaycanlılar vətənə qayıtsın və əldə edilmiş təcrübəni yerli ali məktəblərdə gələcək nəsillərə ötürsün?, - deyə nazir qeyd edib. Onun sözlərinə görə, hazırda xaricdə 10 min tələbə təhsil alır. Onların mini dövlət hesabına oxuyur. Əvvəlki vaxtlardan fərqli olaraq artıq onlar qarşısında təhsili başa vurduqdan sonra mütləq vətənə qayıtmaq tələbi qoyulmur. ?Əlbəttə, təhsildən sonra xaricdə qalmağı arzulayan insanlar var, onlar Azərbaycan diasporunun inkişafına əhəmiyyətli töhfə verə bilər. Bununla yanaşı, biz istərdik ki, bu insanların əksəriyyəti vətənə qayıtsın?, - deyə M. Mərdanov bildirib. Bununla əlaqədar olaraq nazir gənc azərbaycanlı alimlərin təhsil aldıqdan sonra vətənə qayıtmasını lazımi şəkildə stimullaşdıran Azərbaycan Diplomatik Akademiyasının müsbət təcrübəsinin alınmasının zəruliyini qeyd edib. M.Mərdanov həmçinin xaricdə təkcə humanitar deyil, həm də texniki təhsil almağa gedən azərbaycanlı tələbələrin sayının artırılmasına tərəfdar olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA