Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

img

20-12-2010 [01:16]


Atəşkəs rejimini qorumaq barədə əldə edilmiş son razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələri öz təxribatını davam etdirməkdədir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 17-i saat 21.30 radələrində düşmən tərəfindən atılan artileriya mərmisi cəbhədə vəziyyəti yenidən gərginləşdirib. Aparılan araşdırmalar nəticəsində aydın olub ki, Tərtər rayonunun işğal altında olan Talış yaşayış məntəqəsinin 2,5 km qərb istiqamətindəki mövqelərdən düşmənin BM 21 qrad qurğusundan atdığı 122 mm-lik reaktiv qəlpəli fuqas mərmisi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan Borsunlu yaşayış məntəqəsinin yaxınlığına düşüb. Mərminin 15-16 km uzaqlıqdan buraxıldığı etimal edilir. Gecə şəraiti olduğundan onun uçuş izi alova görə müşayiət olunub. Mərminin partlayış səsi və zərbə dalğası ətraf yaşayış məntəqələrində hiss edilsə də, zərər çəkən olmayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar danşıqların gərgin vəziyyətdə olduğu bir zamanda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini bu cür kobud şəkildə pozması heç də yaxşı nəticələrə gətirib çıxarmayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA