ADU-da pezəkar tərcüməçilərlə görüz keçirilib

img

17-12-2010 [02:11]


Azərbaycan Dillər Universitetində (ADU) Tərcümə fakültəsinin tələbələri ilə tərcüməçi müəllimlər arasında görüş keçirilib. Bu barədə MİA-ya ADU-nun mətbuat xidmətindən məlumat verilib. Verilən məlumata görə, ilk olaraq Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev çıxış edib. Fakültə dekanı universitetdə mütəmadi olaraq yaradıcı insanlarla görüşlərin keçirildiyini bildirdi. V. Hacıyev fəaliyyətlərini tərcümə sənətinə həsr edən və tərcümə mədəniyyətinin Azərbaycanda formalaşmasında xidmətləri olan insanlarla görüşlərin keçirilməsini vacib olduğunu vurğuladı. Alman dilinin tərcüməsi kafedrasının müdiri, professor Ələkbər Qubadov alman dilindən tərcümə etdiyi əsərlərin özəlliklərindən danışdı. Alman şairi İohan Volfqanq Götenin 12 fəsildən ibarət ?Qərb-Şərq divanı? nı tərcümə etdiyini nəzərə çatdıran kafedra müdiri divandan parçalar söylədi. Azərbaycan ədəbiyyatının əcnəbi dillərə tərcümə edilməsinin zəruriliyini vurğulayan Ə. Qubadov bu sahədə mütərrəqi addımların atılmasının vacibliyini önə çəkdi. O, tələbələri ktablardan yararlanmağa və geniş mütaliə etməyə çağırdı. On altıdan kitabın müəllifi olan tərcüməçi-şair Sabir Mustafa isə çıxışında ölkəmizdə tərcümə mədəniyyətinin mövcud durumuna toxundu. Azərbaycan bayatı və nəğmələrinin ingilis dilinə tərcümə etdiyini bildirən Sabir Mustafa bədii tərcümə sənətində bir sıra nöqsanların olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı. O, müəllifi olduğu şeirlərdən parçalar ifa etdi. Tərcümə sənətinin məsuliyyətindən danışan Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Çərkəz Qurbanlı sovetlər dönəmində bu sahədə bir sıra məhdudiyyətlərin müşahidə olunduğunu bildirdi. Dosent tərcümə prosesində dilin möhkəm və əsaslı şəkildə öyrənilməsinin vacibliyini dilə gətirdi. O, orijinalda səslənən xüsusiyyətləri nəzərə almaqla edilən tərcümənin daha təsirli olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. İspan dili kafedrasının müəllimi Hüseynağa Əmirov isə çıxışında ispan dilinin xüsusiyyətlərindən geniş bəhs etdi. İspan və latın dilini tədris etdiyini deyən H. Əmirov müasir dünyada bu dillərin miqyasının daha da artığını bildirdi. Bir sıra Azərbaycan şairlərin yaradıcılığına toxunan mütəxəssis S. Vurğunun ?Şair nə tez qocaldın sən?? və Qabilin ?Səhv düşəndə yerimiz? şeirlərinin ispan dilinə tətcümə etdiyini dedi. H. Əmirov bu şeirlərin Meksikada nəşr olunan şeirlər toplusunda yer aldığını da sözlərinə əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA