Səhiyyə Nazirliyi: "Azura günü 2210 nəfər 884 litr qan verib"

img

17-12-2010 [12:58]


Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilib. Aksiyalar Bakı şəhərində ?Mir-Mövsüm ağa?, ?Təzə pir?, ?Bibi-Heybət?, ?Cümə?, ?Qaraçuxur?, ?Soltan-Əli? məscidlərində, ET Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankında, həmçinin Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə şəhər məscidlərində, Gəncə İmamzadə məscidində, Lənkəran və Quba Mərkəzi Rayon Xəstəxanalarında keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Aşura günü ilə bağlı təşkil olunmuş qanvermə aksiyalarda 2210 nəfər könüllü olaraq qan verib ki, nəticədə 884 litr qan tədarük olunub. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq. Könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA