ADU-nun rektoru Niderlandın Azərbaycandakı səfiri ilə görüzüb

img

16-12-2010 [04:16]


Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Niderland Krallığının Azərbaycandakı səfiri Aryen Uyterlinde ilə görüşüb. Səməd Seyidov qonağı salamlayaraq onu Azərbaycan Dillər Universitetində qəbul etməkdən məmnunluğunu dilə gətirib. ADU-nun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüşdə Universitetin tarixi haqqında danışan rektor universitetdə 10-dan artıq xarici dilin tədris olunduğunu vurğulayıb. Bundan başqa rektor TEMPUS proqramından danışaraq ADU-nun bu layihəyə ev sahibliyi etdiyini söyləyib. Öz növbəsində qarşılıqlı əlaqələrdə bütün sahələrin vacib olduğunu deyən cənab Aryen Uyterlinde təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını bildirib. Səməd Seyidov Azərbaycanın nəinki Avropa ölkələri ilə, eyni zamanda Şərq ölkələri ilə də əlaqələrinin olduğunu xatırladıb. Bu əməkdaşlığın məhz o ölkələrin qədim tarixə, mədəniyyətə sahib olduqlarına görə yarandığını qeyd edən Səməd Seyidov eyni zamanda ADU-nun bəzi Şərq ölkələrinin universitetləri ilə də əməkdaşlıq etdiyini bildirib. Sonda səfir Azərbaycan Dillər Univesitetində olduğundan məmnunluq hissi duyduğunu söylədi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA