Fövqəladə Hallar Nazirliyi izçilərinin pezə bayramı qeyd olunur

img

16-12-2010 [03:49]


Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 5 ili tamam olur. 2005-ci ilin məhz həmin günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi (FHN) yaradılıb. 2006-cı ildən etibarən isə dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq hər il dekabrın 16-sı ölkədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunur. Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması məqsədilə yaradılan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fövqəladə halların, təbii, texnogen və terror təhlükələrinin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında iştirak edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA