Millət vəkili Fuad Muradov 20 seçicini qəbul edib

img

15-12-2010 [04:47]


Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bu gün Milli Məclisdə vətəndaşları qəbul edib. Parlamentdə baş tutan görüşdə vətəndaşları narahat edən problemlər ətrafında söhbət olub. Əsasən sosialyönümlülü və bir sıra hüquqi məslələrlə bağlı olan müraciətlərin hamısı deputat tərəfindən dinlənilib və müvafiq tədbirlərin görüləcəyi qeyd edilib. Bəzi seçicilərin problemləri yerindəcə həll olunub. Müvafiq orqanlarla deputat Fuad Muradovun vasitəçiliyi ilə əlaqə yaradan vətəndaşlar problemlərinin həllini tapıblar. Fuad Muradov digər vətəndaşların müraciətlərinin araşdırılması və problemlərin həlli istiqamətində müvafiq göstərişlər verib. Qeyd edək ki, hər həftənin çərşənbə günü Fuad Muradov seçiciləri qəbul edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA