Milli Məclisin növbəti iclası gələn həftə keçiriləcək

img

15-12-2010 [04:35]


Dördüncü çağırış Milli Məclisin növbəti iclası dekabrın 21-də keçiriləcək. Iclasın gündəliyinə 19 məsələ salınıb. İclasda müxtəlif beynəlxalq konvensiyaların təsdiqi, Ali Məhkəmənin hakimlərinin təsdiqi və medianın aktiv müzakirə etdiyi ?Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında? konstitusiya qanununa əlavə və dəyişikliklər layihəsinin müzakirəsi gözlənilir. Milli Məclisdən verilən digər məlumata görə, bu il parlamentin sonuncu iclasının dekabrın 30-da keçiriləcəyi gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA