Masallıda bir qrup dindar etiraz aksiyası keçirib

img

15-12-2010 [01:01]


Bu gün Masallıda təxminən 100 nəfər dindar əllərində dini bayraqlar ?Ya, Hüseyn? şüarları səsləndirərək orta məktəblərdə hicaba qadağa qoyulmasına etiraz olaraq aksiya keçirib. ?Cənub xəbərləri? qəzetinin baş redaktoru Zahir Əmənovun hadisə yerindən verdiyi məlumata görə, polis onların qarşısını kəssə də onlar Heydər Əliyev prospekti ilə Masallı rayon Təhsil Şöbəsinə tərəf irəliləyiblər. Burada polis onlara daha ciddi müqavimət göstərib. Zahir Əmənova da fiziki təzyiq göstərilib, fotoaparatını alıblar. Polis dəstəni yoldan çıxardandan sonra onlar səki ilə irəliləyiblər. Polislər piketçilərin üstünə maşın sürüb. 2-3 nəfər yüngül yaralanıb, 4-5 nəfər isə döyülüb. Hazırda onlar məscidə doğru irəliləyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA