DAK-ın Azərbaycan nümayəndəliyi Milli Hökumətin 65-ci ildönümünü qeyd edəcək

img

15-12-2010 [12:55]


16 dekabr 2010-cu il tarixində saat 11:00-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığıyla 1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvəri və onun yaxın silahdaşlarının rəhbərliyi altında qurulmuş Güney Azərbaycan Milli Hökumətinin (21 Azər Hərəkatı) 65-ci ildönümü münasibətilə konfrans keçiriləcək. Tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, quzeyli-güneyli fəallar və tələbələr iştirak edəcəklər. Konfransda 21 Azər Hərəkatının mahiyyəti, Milli Hökumətin həyata keçirdiyi və gerçəkləşdirə bilmədiyi islahatlar, bu hərəkatın Güney Azərbaycan Milli Hərəkatına verdiyi töhfələr və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA